AZ   |   RU
Daha bir ölkə Ukraynaya silah tədarükünü qorumaq üçün F-35-ləri cəlb edir


Sentyabrın 1-dən dekabrın 1-dək Hollandiyanın F-35 qırıcıları Şərqi Avropa üzərində növbətçilik edəcək.

Missiya.Az 
xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Hollandiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məqsəd Qərbin Ukraynaya hərbi yardımının təhlükəsiz daşınmasını təmin etmək və Rusiyadan gələcək potensial təhlükələrin qarşısını almaqdır. NATO-nun sürətli cavab missiyasının bir hissəsi olaraq, təyyarə Alyansın hava məkanında gecə-gündüz patrul edəcək.


Hollandiya F-35-lərinə Norveç qırıcı təyyarəsi dəstəsi də qoşulacaq. Yerləşdirmə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının tələbi əsasında həyata keçirilir.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 15:33