AZ   |   RU
Texasda güclü daşqın nəticəsində ölənlərin sayı 80-ə çatıb

ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində azı 80 nəfər ölüb.

Missiya.Az 
xəbər verir ki, bu barədə CNN yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.


Milli Hava Xidməti Texas ştatının Kerr qraflığının bir neçə şəhəri üçün daşqınla bağlı fövqəladə vəziyyət elan edib. CNN-in məlumatına görə, bölgədə yarım milyondan çox insan daşqın təhlükəsi ilə üzləşib.


Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bazar günü təbii fəlakətlə əlaqədar Kerr dairəsində fəlakət vəziyyəti elan edib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:13