AZ   |   RU
Erməni mediasının Azərbaycana qarşı növbəti təxribatı - "İsraillə gizli sövdələşmə" uydurması


Ermənistan mediası Azərbaycana qarşı mövbəti təxribata əl atıb.


İsrail İrana hücum etdiyi gündən başlayaraq Bakının Tel-Avivlə yaxınlığını qabardan və bununla guya Azərbaycanı İrana hədəf göstərməyə çalışan ermənilər bu dəfə bir qədər də irəli gedərək iki ölkə arasında guya İrana qarşı gizli sövdələşmə olduğunu iddia edirlər. 


Missiya.Az xəbər verir ki, Ermənilərin əsas ruporlarından olan "News.Am" saytı hansısa qondarma Telegram kanalına istinadla xəbər yayıb ki, guya Azərbaycan və İsrail İranın şimal və qərb bölgələrinə hücumlar həyata keçirmək üçün gizli razılaşma əldə ediblər. Ortada isə nə dəlil var, nə də sübut.


Göründüyü kimi, Erməni mediası ciddi cəhdlə Azərbaycanı sözügedən münaqişədə tərəf kimi göstərməyə çalışır. 


Bütün dünyaya məlumdur ki, Azərbaycan dövləti İsrail-İran qarşıdurması xüsusunda mümkün qədər soyuqqanlı davranmağa çalışır. Bakı Tərəflərdən hər hansısa birinə dəstəyini ifadə etməyib. Mövqeyi heç şübhəsiz ki, həmişə olduğu kimi, regional təhlükəsizliyin təmin olunması, sabitliyin qorunmasından yanadır.


"İranist" adlı Telegram kanalını İran mediası kimi təqdim edib oradakı uydurmanı həqiqət kimi sırımaq cəhdi erməni mediasının məkrli niyyətindən irəli gələn növbəti dezinformasiya məhsuludur.


Elcan
Missiya.Az


  • Bu gün, 07:32