AZ   |   RU
Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq - Ağ Ev

"Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq". 


Missiya.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Anna Kelli jurnalistlərə deyib.


"Bu, təkcə Ermənistana aid deyil. Bu, təkcə Azərbaycanla bağlı deyil. Söhbət bütün regiondan gedir və onlar bilirlər ki, bu region ABŞ Prezidenti Donald Trampla daha təhlükəsiz və firavandır", - administrasiya rəsmisi deyib. 


O əlavə edib ki, Tramp həm Ermənistan, həm də Azərbaycan liderləri ilə enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarətlə bağlı müqavilələr imzalayacaq. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 17:27