AZ   |   RU
Fidan Barro ilə Rusiya-Ukrayna müharibəsinin həlli ətrafında müzakirələr aparıb



Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə telefonla danışıb.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Fələstin və Suriyadakı son prosesləri müzakirə ediblər.

Onlar, həmçinin Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ortaya qoyulan səylər barədə danışıblar.




  • 31-05-2025, 20:10