AZ   |   RU
Sergey Şoyqu Türkiyəyə təşəkkür edib

"İstanbul platforması bütün sahələrdə, həmçinin Rusiya-Ukrayna danışıqlarının aparılması üçün əsas platformaya çevrilir".


Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişlə görüşü zamanı deyib.


Şoyqu Rusiya-Ukrayna danışıqlarının aparılması üçün İstanbul platformasını təmin etdiyinə görə Türkiyə rəhbərliyinə təşəkkür edib: 


“Biz bilirik ki, Ankara nümayəndə heyətlərinin işinə görə optimal şərait yaratmaq üçün təhlükəsizliyin təmin olunması da daxil olmaqla xeyli səy göstərib”, - deyə siyasətçi vurğulayıb.


Şoyqu təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin beynəlxalq toplantısında iştirakına görə Memişə təşəkkürünü bildirib, bunun onun Moskvaya ilk səfəri olduğunu açıqlayıb.


Onun sözlərinə görə, Rusiya-Türkiyə siyasi dialoqu bütün istiqamətlərdə fəal şəkildə inkişaf edir. 


"Biz bunu Ankara ilə ticarət-iqtisadi və enerji sektorlarında böyük birgə layihələrin uğurla həyata keçirilməsi ilə əlaqələndiririk", - deyə siyasətçi əlavə edib.


Şoyqu qeyd edib ki, ikitərəfli əməkdaşlığın effektivliyi əsasən iki ölkə liderləri arasında etibarlı dialoqun intensivliyi ilə bağlıdır.



Daşqın Həsənov
Missiya.Az

 



  • 29-05-2025, 12:10