AZ   |   RU
CAR Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Missiya.Az xəbər verir ki, təbrikdə deyilir:


"Zati-aliləri.


Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.


Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.


Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".



  • 28-05-2025, 18:56