AZ   |   RU
Arzu Əliyeva AUİB-də reabilitasiya keçən uşaqlarla görüşüb

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən uşaqlar üçün Bakı Media Mərkəzinə infotur təşkil edilib.

Bu barədə AUİB-in mətbuat katibi Rüfət Zəkizadə Missiya.Az-a bildirib.

İnfotur çərçivəndə uşaqlar Bakı Media Mərkəzinin fəaliyyəti ilə tanış olub, kiçik səhnələr canlandıraraq qısa metrajlı kino süjeti çəkiblər.



Zərintac Mayisqızı 
Missiya.Az 


  • Dünən, 11:45