AZ   |   RU
Sahibə Qafarova Misir Senatının sədri ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Misir Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Missiya.Az xəbər verir ki, əvvəlcə Misir Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.

Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb.

Görüşdə spiker Sahibə Qafarova iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib.

Parlament sədri bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı iki arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır.

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərdə mühüm yer tutduğu vurğulanaraq qeyd edilib ki, Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar və kifayət qədər böyük potensial mövcuddur.

Senatın sədri öz növbəsində parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə dair inam ifadə olunub.




  • 26-05-2025, 17:59