AZ   |   RU
Ukrayna-Rusiya danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - KİV

Rusiya və Ukrayna arasında danışıqların yeni raundu Vatikanda keçirilə bilər.


Missiya.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.


Bildirilib ki, iki ölkə arasındakı görüş iyun ayının ortalarında Vatikanda baş tuta bilər.


Qeyd olunub ki, bu görüşdə ABŞ tərəfi də iştirak edəcək və Amerikanı danışıqlarda dövlət katibi Marko Rubio və Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iştirak edəcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:08