AZ   |   RU
"Övladlarımıza qoyacağımız ən mühüm miras terrorsuz Türkiyə olacaq" - Ərdoğan

“Türkiyə uzun illərdir terror aktlarına görə böyük ağrılar çəkib”.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.


“Bu problem yarananda doğulan körpələrin bu gün 40 yaşdan yuxarı yaşı var. Bu problemin içində bir neçə nəsil doğuldu və uzun illər həll olunmadı. İlk andan məsələyə səmimi və həll perspektivi ilə yanaşdıq. Çünki Terrorsuz Türkiyənin ölkəmizi necə ayağa qaldıracağını bilirik. Uşaqlarımıza qoyacağımız ən mühüm miras Terrorsuz Türkiyə olacaq”, - deyə siyasətçi vurğulayıb.


Ərdoğan qeyd edib ki, şəhidlərin dəfn mərasimində hiss etdiyim ağrıların, qəlbimizi parçalayan terror aktlarının kölgəsində bu gün bu uğuru görmək mənim üçün təsvirolunmaz qürur mənbəyidir. 


“Terrorla mübarizənin qəhrəmanları olan təhlükəsizlik qüvvələrimizlə, şəhid ailələrimizin mərdliyi ilə fəxr edirəm. Hər ağrının, hər itkinin arxasında güclü həmrəylik, səbir, dəyanət və qətiyyət dayanır”, - deyə siyasətçi əlavə edib. 


Ərdoğan bildirib ki, Milli Kəşfiyyat Təşkilatımız (MİT) digər qurumlarımızla əməkdaşlıq edərək, nəzarətli şəkildə Terrorsuz Türkiyə ilə bağlı işlərini davam etdirir.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:54