AZ   |   RU
Rusiya və Ukrayna arasında “1000-ə 1000” mübadiləsi ilə bağlı yeni açıqlama

Ukrayna və Rusiya Federasiyası arasında 1000-dən 1000-ə qədər məhbus mübadiləsinin həyata keçirilməsi vaxt tələb edir.

Missiya.Az 
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Həmin məsələ kifayət qədər zəhmət tələb edir, orada, təbii ki, konkret adların dəyişdirilməsi ilə bağlı işlər aparılır. Biz bunu mümkün qədər tez etməkdə maraqlıyıq”, - Peskov əlavə edib.





Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:58