AZ   |   RU
“Uranın zənginləşdirilməsi ilə bağlı danışıqlar dalana dirənib”

"Vaşinqton və Tehran arasında davam edən danışıqlar uranın zənginləşdirilməsi ilə bağlı fikir ayrılıqlarına görə dalana dirənib".

Missiya.Az 
xəbər verir ki, bunu BƏƏ-nin “National” qəzeti adları açıqlamayan iki yüksək rütbəli İran rəsmisinə istinadən yazıb.


Bildirilib ki, Tehran danışıqlarda vasitəçi olan Omanın beşinci raund üçün göndərdiyi dəvəti hələ qəbul etməyib. İran rəsmisinin sözlərinə görə, Tehranın Omanın dəvətini qəbul etməməsinə səbəb Stiven Vitkofun son açıqlamaları olub.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:38