AZ   |   RU
Mahaçqalada silahlı şəxslər polislərə hücum etdi - Ölənlər var


Mahaçqalada iki naməlum şəxs polis maşınına atəş açıb. 


Missiya.Az “Kommersant”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub.


Cinayəti törədənlərdən biri öldürülüb, digər ikisi isə qaçıb. Onların axtarışları davam etdirilir. 


Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb.


Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 16:04