AZ   |   RU
“Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar dayanmadan davam edir” - ABŞ-nin vitse-prezidenti

“Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar tam sürətlə gedir”.


Missiya.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens məlumat verib.


“Rusiya-Ukrayna münaqişəsinin həlli ətrafında danışıqlar tam sürətlə davam edir. Bəzən təzyiq göstərmək, bəzən daha çox mehribanlıq göstərmək, bəzən mükafat vəd etmək, bəzən də cəza vəd etmək lazımdır” – deyə siyasətçi vurğulayıb.


O bildirib ki, bəzən elə vəziyyətlər olur ki, həm ruslar, həm də ukraynalılar arasında məyusluq yaranır. Vaxtaşırı danışıqlar aparmaq cəhdindən əl çəkmək istədiyimiz hallar olur. Lakin ABŞ Prezidenti Donald Tramp buna imkan vermir.


"Bilirsiniz, danışıqların təbiəti belədir. Sən irəli-geri gedirsən. Və bəzən təslim olmaq istəyirsən, lakin Tramp bizə bunu etməyə imkan vermir. O, bizi danışıqlar masası arxasına qayıtmağa, problemin həlli yollarını tapmağa, tərəfləri bir-birinə yaxınlaşdırmağa davam etməyə məcbur edir. Və hazırda danışıqlar məhz bu yerdədir", - deyə Ven əlavə edib.


Siyastçi qeyd edib ki, Rusiya Federasiyası və Ukraynanın sülh yolu ilə nizamlanmaya dair fərqli baxışları var. Lakin ABŞ hər iki tərəfi döyüşü dayandırmaq haqqında danışmağa məcbur etdi. 

 


Daşqın Həsənov
Missiya.Az

 



  • Bu gün, 10:12