AZ   |   RU
"Biz nifrət nitqinə və ya irqçi vandalizmə icazə verməyəcəyik" - Ərdoğan

"İmmiqrasiya və miqrantlarla bağlı siyasətimiz aydındır. Kimsə immiqrasiya siyasətimizdən hər hansı səbəbdən kənara çıxarsa onun gözünün yaşına baxmayacağıq. Nifrət nitqinə və ya irqçi vandalizmə izin verməyəcəyik".

Missiya.Az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Mədəniyyət Mərkəzində "Türk Əsrində Türkiyənin Miqrasiya İdarəetmə Proqramı"nda deyib.

"Xatırlayaq, Kılıçdaroğlu iqtidara gələn kimi suriyalı tələbələri Türkiyədən Suriyaya göndərəcəyini demişdi. O zaman mən bunun tam əksini söylədim. Suriyadan gələn qaçqınları buradan göndərməyəcəyimizi bildirdim. Çünki bizim baxışımız fərqli idi. Biz miqrasiyanı onların başa düşdüyü mənada deyil, Məkkədən Mədinəyə hicrət kimi qəbul etdik. Biz buna fürsət vermədik. Dünyada 281 milyondan çox miqrant, onlardan 165 milyondan çoxu işləyir. Bu ən azı 20 nəfərin miqrasiyaya məcbur edildiyini göstərir. Dünya əhalisinin 3,6 faizi bu gün immiqrant kimi həyatda qalmağa çalışır. Təəssüf ki, bu nisbətlər eksponent olaraq artır. Demək olar ki, hər gün ümid yolçularının ölümü ilə nəticələnən bir fəlakət haqqında xəbər eşidirik. Ümid yolçuları insan alverçilərinin qanlı caynağında sönüb getdilər. Son 10 ildə 72 mindən çox insan miqrasiya yolunda həyatını itirib. Suriyadakı münaqişədən Avropaya qaçan uşaqların taleyinə hələ də aydınlıq gəlməyib", - Ərdoğan vurğulayıb.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 13:53