AZ   |   RU
İngiltərə klubu "Bavariya"nın müdafiəçisini transfer edib


İngiltərə təmsilçisi "Everton" Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Adam Aznunu transfer edib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa kollektivinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı oyunçu ilə 4 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 2022-ci ildə "Bavariya"ya keçən mərakeşli futbolçu ötən mövsüm icarə əsasında "Valyadolid" (İspaniya) komandasının şərəfini qoruyub.




  • Dünən, 21:09