AZ   |   RU
Medvedevdən Trampa sərt cavab - “Rusiya nə İsraildir, nə də İrandır”

“ABŞ Prezidenti Donald Trampın Rusiya ilə ultimatum oyunu müharibəyə gətirib çıxarır”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “X” sosial media hesabında yazıb.


"Tramp iki şeyi yadda saxlamalıdır. Birincisi, Rusiya İsrail deyil, hətta İran da deyil. İkincisi, hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır. Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə", - deyə siyasətçi vurğulayıb.       


Medvedev qeyd edib ki, Tramp ABŞ-nin sabiq Prezidenti Co Baydenin yolu ilə getməməlidir.


Xatırladaq ki, ABŞ lideri müharibəni sonlandırmaqla bağlı bu gündən etibarən Rusiyaya təxminən 10-12 günlük yeni müddət verəcəyini deyib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:09