AZ   |   RU
Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, toplantı Beştəpədə baş tutacaq.


Bildirilib ki, iclasda Türkiyədə davam edən meşə yanğınları, Terrorsuz Türkiyə prosesi, qlobal və regional hadisələr müzakirə ediləcək.


Qeyd olunub ki, bundan əlavə toplantıda Suriyadakı proseslər, o cümlədən Ukrayna-Rusiya müharibəsində atəşkəs və davamlı sülh üçün Türkiyənin ev sahibliyi etdiyi diplomatik proses ətrafında da söhbət aparılacaq.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 14:17