AZ   |   RU
“Əgər hücumlar təkrarlanarsa, Tehran daha qətiyyətli cavab verəcək” - İran XİN rəhbəri

“Əgər hücumlar təkrarlanarsa, İran daha qətiyyətli cavab verəcək və bu dəfə bunu gizlətmək mümkün olmayacaq”.


Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ rəsmilərinin son təhdidlərinə cavab olaraq deyib.


Onun sözlərinə görə, İran ABŞ və İsrailin son hücumu zamanı baş verənləri dəqiq bilir. 


“İran xalqı heç vaxt düşmənlərə baş əyməyib”, - deyə Əraqçı vurğulayıb. 



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:21