AZ   |   RU
"Bakı–Tbilisi–Ceyhan kəməri ilə Qazaxıstandan Türkiyəyə ildə 1,4 milyon ton neft nəql olunur"


Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə hər il Qazaxıstandan Türkiyəyə 1,4 milyon ton neft nəql olunur. 



Missiya.Az APA-ya xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib. 


Onun sözlərinə görə, ölkəsi Türkiyəyə məxsus neft şirkətinin Qazaxıstan bazarında fəaliyyət göstərmək niyyətini alqışlayır: "Eyni zamanda, biz türk şirkətlərinin sərmayə imkanlarından, enerji mənbələrinin şaxələndirilməsi və elektrik stansiyalarının tikintisi sahəsində təcrübəsindən faydalanmaqda maraqlıyıq". 


Dövlət başçısı əlavə edib ki, tərəflər iri layihələrin birgə həyata keçirilməsinə hazırdır.



  • Dünən, 23:56