AZ   |   RU
Rusiya ordusu Donetsk və Zaporojyedə daha iki kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin Temirovka, Donetsk vilayətinin isə Novoukrainka qəsəbələrini ələ keçirib.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


“Mərkəz” qoşun qruplaşmasının bölmələri Donetskin Novoukrainka qəsəbəsini, “Şərq” qoşun qruplaşmasının bölmələri isə Zaporojyenin Temirovka qəsəbəsini azad ediblər”, - deyə bildirilib.


Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 13:59