AZ   |   RU
Mehmet Ali Ərbil 10 ay həbs cəzasına məhkum edildi

Məhkəmə türkiyəli aktyor, aparıcı, komediya insanı, şoumen və səsləndirmə sənətçisi Mehmet Əli Ərbilə "qanunsuz mərc oynamağı təşviq etmək" ittihamı ilə 10 ay həbs cəzası verib, lakin cəza təxirə salınıb.

Missiya.Az 
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.


İstanbul 20-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə müttəhim Mehmet Əli Ərbilin vəkilləri iştirak edib. Ərbili 10 ay həbs və 1000 lirə pul cəzasına məhkum edib. Məhkəmə aktyorun həbs cəzasını təxirə salıb və onun 1 il müddətinə nəzarətə götürülməsi ilə əlaqədar qərar qəbul edib.




Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 14:19