AZ   |   RU
Bu gün Çempionlar Liqasında daha iki yarımfinalçının adı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində son iki iştirakçının adı müəyyənləşəcək.


Missiya.Az xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsində İspaniya və İtaliyada maraqla gözlənilən matçlar baş tutacaq.


Bildirilib ki, "Real" ilk matçda 0:3 hesabı ilə uduzduğu "Arsenal"ı "Santyaqo Bernabeu"da qəbul edəcək. 


"Bavariya" isə öz evində 1-2 hesabı ilə uduzduğu “İnter”in "San Siro"da qonağı olacaq.


Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:25