AZ   |   RU
ABŞ Ukraynaya yardım tələbini 100 milyard dollara endirib - “Bloomberg”

ABŞ Ukraynaya verdiyi yardıma görə kompensasiya tələbini 300 milyard dollardan 100 milyard dollara endirib. 


Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg" məlumat yayıb.


Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası ötən həftə Vaşinqtonda apardığı danışıqlardan sonra Kiyevə ayrılan yardımın məbləğini 300 milyard dollardan təxminən 100 milyard dollara endirib. Beləliklə, bu məbləğ Ukrayna ilə razılaşdırılmış rəqəmə yaxınlaşıb.


Qeyd olunub ki, Tramp administrasiyası Kiyevə təzyiq edir, Ukraynanın gələcək investisiya layihələrindən, o cümlədən minerallar və infrastruktur sektorlarında əldə olunan gəlirlərin bölüşdürülməsinə dair razılaşma tələb edir. Vaşinqton bunu ABŞ-nin sabiq Prezidenti Co Bayden dövründə verilmiş on milyardlarla dollarlıq silah və digər yardımların təzminatı kimi görür. 


Mənbənin sözlərinə görə, Tramp administrasiyası fonda gələcək sərmayələr vəd etməkdən çəkinir və ABŞ-nin Ukraynaya hərbi yardımının fonda töhfə hesab edilməsində israr etməyə davam edərək, bu məsələ ilə bağlı müzakirələri gecikdirir. Ukrayna tərəfi hər vəchlə amerikalıları bu yanaşmadan çəkindirməyə çalışır.


Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-nin Ukraynaya yardım üçün 300 milyard dollardan çox xərclədiyini iddia edib. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:32