AZ   |   RU
YAP Sədrinin müavini Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib

 

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyə xarici işlər naziri Hakan Fidanın dəvəti ilə Türkiyəyə səfər edib.

Bu barədə Missiya.Az-a YAP-dan məlumat verilib.

Qeyd edilib ki, səfərin məqsədi Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirakdır.

Səfərdə YAP-ın Aparat rəhbəri ilə bərabər, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da iştirak edəcək.

Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.




  • 10-04-2025, 10:13