- 18-02-2025, 16:18
SON XƏBƏRLƏR
Dünən, 23:56 |
Dünən, 23:52 |
Dünən, 23:48 |
Dünən, 23:14 |
Dünən, 22:38 |
Dünən, 22:23 |
Dünən, 21:25 |
Dünən, 21:09 |
Dünən, 21:03 |
Dünən, 20:24 |
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar.
Missiya.Az xəbər verir ki, dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.
Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir və ümumi blokların sayı 11-dir.
Dövlət başçısı və birinci xanım yaşayış kompleksində hazır mənzillərə baxıblar.
Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i isə dördotaqlıdır.
Kompleksdə tikinti-quraşdırma işləri artıq yekunlaşıb. Sakinlərin rahat yaşayışı üçün kompkesin ərazisində park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il fevralın 13-də yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Dünən, 23:56 |
Dünən, 23:52 |
Dünən, 23:48 |
Dünən, 23:14 |
Dünən, 22:38 |
Dünən, 22:23 |
Dünən, 21:25 |
Dünən, 21:09 |
Dünən, 21:03 |
Dünən, 20:24 |
![]() |
ABŞ və Böyük Britaniya Zelenskini dəyişmək üçün gizli görüş keçirib |
![]() |
“İranı inkişafın zirvəsinə çatdıracağıq” - Xamenei |
![]() |
"Tehran təcili olaraq qonşuları ilə münasibətləri yaxşılaşdırmalıdır" - Pezeşkian |
![]() |
Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirəcək |
![]() |
Putin və Tramp arasında görüş gündəmdə deyil - Kreml |
![]() |
Rusiya ordusu Donetsk və Zaporojyedə daha iki kəndi işğal edib |
![]() |
“Zəngəzurla bağlı mövqeyimiz Putin və Ərdoğana çatdırılıb” - İranlı deputat |
![]() |
Medvedevdən Trampa sərt cavab - “Rusiya nə İsraildir, nə də İrandır” |
![]() |
“Əgər hücumlar təkrarlanarsa, Tehran daha qətiyyətli cavab verəcək” - İran XİN rəhbəri |
![]() |
Azərbaycan XİN rəhbərinin müavini İranın Bakıdakı səfiri ilə regional məsələləri müzakirə edib |
![]() |
Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb |