AZ   |   RU
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edib

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına səfər edib. 


Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.


"Rubio Moskvanın Kiyevlə təxminən üç ildir davam edən münaqişəsinə son qoymaq məqsədilə Rusiya rəsmiləri ilə gözlənilən danışıqlardan əvvəl Səudiyyə Ərəbistanına yolanıb”, - deyə vurğulanıb.


Qeyd olunub ki, Rubionun Ər-Riyada səfəri ABŞ Prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığından sonra baş verib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 17-02-2025, 10:37