AZ   |   RU
"Son prezident seçkilərində əhalinin 50 faizi iştirak etməyib" - Pezeşkian


"Bir vaxtlar xalqın 98%-i İslam İnqilabını dəstəkləsə də, indi hökuməti istəmir".

Missiya.Az 
xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Pezeşkian bildirib ki, son prezident seçkilərinə əhalinin 50%-i qatılmayıb: “Xalq niyə bizdən narazıdır? Biz insanlara xidmət etmək istəmirik? Xaricdə İranın zəiflədiyini və ən pis vəziyyətdə olduğunu, eyni zamanda düşmənlərin İrana zərbə vura biləcəklərini deyirlər. Onlar fikir ayrılığı yaratmağa çalışırlar ki, insanlar etiraza qalxsınlar. Düşmən etirazlardan sui-istifadə etməyə çalışır".

O, ölkədə insanların problemlərini həll etməyə borclu olduqlarını qeyd edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 10:07