AZ   |   RU
Ermənistan parlamentinin sədri Marqarita Simonyanı iyrənc məxluq adlandırıb

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiyanın "RT" telekanalının baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib. 


Missiya.Az xəbər verir ki, siyasətçi bu barədə özünün “Facebook” sosial media hesabında paylaşım edib.


O, Marqarita Simonyanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.


"Rusiyada fəaliyyət göstərən çirkinlik sirkindən daha bir iyrənc məxluq, ölkəmizin suveren işlərinə qarışmağı dayandırmır", - deyə siyasətçi vurğulayıb.


Simonyan qeyd edib ki, erməni soyadına baxmayaraq, Marqarita Simonyanın Ermənistanla heç bir əlaqəsi yoxdur.


Xatırladaq ki, bir müddət əvvəl Marqarita Simonyan özünün “X” sosial media hesabında bəyan edib ki, Ermənistanın Baş naziri Paşinyan ölkəsini İranla gələcək müharibədə Amerikanın platformasına çevirmək üçün gizli memorandum imzalayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 24-07-2025, 14:36