AZ   |   RU
Ərdoğan Şavkat Mirziyoyevlə regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Rabitə Müdirliyi məlumat yayıb.


Bildirilib ki, danışıq zamanı Türkiyə ilə Özbəkistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.


Söhbət zamanı Türkiyə lideri iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq səviyyəsində əlaqələrin inkişafı üçün addımlar atmağa davam edəcəklərini bildirib.


Qeyd olunub ki, bundan əlavə Ərdoğan Mirziyoyevi ad günü münasibətilə də təbrik edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 24-07-2025, 16:29