AZ   |   RU
“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazırdır” - Peskov

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazırdır”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


"Biz Bakı və İrəvanın sülh müqaviləsini mümkün qədər tez imzalamasını istəyirik. Eyni zamanda, biz hazırlığımızı saxlayırıq və lazım gələrsə, bu prosesə istənilən dəstəyi verə bilərik", - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 24-07-2025, 14:12