AZ   |   RU
Xalq artisti Arif Babayev Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildi

Xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. 


Missiya.Az xəbər verir ki, bu barədə APA-ya Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib. 


O qeyd edib ki, atası Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. 


Xalq artistinin vəziyyəti ağırdır.



  • 24-07-2025, 23:23