AZ   |   RU
Gorus-Qafan yolundakı gömrük postları sərhədyanı erməni kəndlərində həyatı iflic edib - Sakinlər 15 dəqiqəlik yolu 1 saata gedirlər

Azərbaycanın Gorus-Qafan yolunun müəyyən hissələrində gömrük-keçid məntəqələri qurması sərhədyanı kəndlərdə yaşayan ermənilərin gündəlik həyat tərzini iflic edib.
 
Missiya.Az
xəbər verir ki, bu barədə Vorotan icmasının rəhbəri Suren Ohancanyan 168.am nəşrinin əməkdaşı ilə söhbətində danışıb. 

O bildirib ki, Gorus-Qafan yolunun Vorotan hissəsi tam bağlıdır. 

Sitat: “Sakinlər alternativ yoldan istifadə edirlər. Demək olmaz ki, vəziyyət yaxşıdır. Alterantiv yol Xot kəndindən keçir. Həmin yolla kənddə çörək danışınır, həmçinin müəllimlər istifadə edirlər. Biz ümumiyyətlə Gorus-Qafan yolunun Vorotan hissəsindən istifadə etmirik”, - sitatın sonu.

İcma rəhbəri bildirib ki, Gorus-Qafan yolundan istifadə etmədikləri üçün böyük vaxt itkisi ilə qarşılaşırlar.

Sitat: “Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsinin qurulması sakinlərin yolunu uzadıb. Alternativ yollarla Gorusa getməyə böyük vaxt sərf edirik. Məsələn, əvvəllər Gorusa 15 dəqiqəyə çata bilirdiksə, indi ora 1 saata çata bilirik”, - sitatın sonu.  

Qeyd edək ki, noyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanın Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsi qurmasından danışıb. O bildirib ki, Azərbaycan tərəfi bizə rəsmi şəkildə Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissələrində sərhəd-keçid məntəqəsi quraşdırmağa başladıqları barədə məlumat verib. Azərbaycanın Gorus-Qafan yolunun bir hissəsində gömrük-keçid məntəqəsi qurması, Ermənistanın Vorotan, Şurnux və Bardzrəvan kəndlərinin blokada vəziyyətinə düşməsi ilə nəticələnib. Məlumata görə, həmin kəndlərdə ümumilikdə 700 nəfər sakin yaşayır. 

Elvin
Missiya.Az


  • 22-11-2021, 16:15