- 4-02-2025, 20:46
SON XƏBƏRLƏR
Bu gün, 01:58 |
Dünən, 23:59 |
Dünən, 22:54 |
Dünən, 21:54 |
Dünən, 20:35 |
Dünən, 20:00 |
Dünən, 19:52 |
Dünən, 19:17 |
Dünən, 18:41 |
Dünən, 17:31 |
Təhqiqat komissiyası Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin konstruksiyalarının zədələnməsinin ətraflı müayinəsini davam etdirir.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəza ilə bağlı təqdim etdiyi ilkin hesabatda qeyd olunub.
Hesabata əsasən, qorunub saxlanmış fraqmentlərin ilkin müayinəsi nəticəsində gövdənin arxa hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və deşilməmiş zədələr aşkar edilib.
"Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində aşkarlanıb. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir", - hesabatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bu gün, 01:58 |
Dünən, 23:59 |
Dünən, 22:54 |
Dünən, 21:54 |
Dünən, 20:35 |
Dünən, 20:00 |
Dünən, 19:52 |
Dünən, 19:17 |
Dünən, 18:41 |
Dünən, 17:31 |
![]() |
ABŞ-nin Türkiyədəki səfirinin "Zəngəzur dəhlizi" açıqlaması rusları aqoniyaya salıb - Zatulin isterikada |
![]() |
Zelenski Trampın xüsusi nümayəndəsi ilə Rusiyaya qarşı atılacaq addımları müzakirə edib |
![]() |
Aİ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir |
![]() |
"Ey analar, oğlunuza düzgün tərbiyə verin" |
![]() |
“Biz Ermənistanın Azərbaycanla sülh danışıqlarında iştirakını yüksək qiymətləndiririk” - Aİ Şurasının Prezidenti |
![]() |
Beyində şiş olduğunu göstərən 5 əlamət |
![]() |
“Almaniya kansleri ölkəsini Rusiya ilə müharibəyə hazırlayır” - Ekspert |
![]() |
“Lazım gəlsə, 10 il döyüşməyə hazırıq” - İran generalı |
![]() |
İrandan İsrailə xəbərdarlıq - “Daha qətiyyətli cavab gözləyin” |
![]() |
"Dünyanın ən sıxıcı muzeyi" seçildi |
![]() |
"Çelsi"nin klublararası dünya çempionatında qazandığı pul mükafatı açıqlanıb |