AZ   |   RU

Cozef Bayden səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezidentə ötürəcək


ABŞ Prezidenti Cozef Bayden səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Kamala Harrisə təhvil verəcək.

Missiya.Az CNN-ə istinadən xəbər verir ki, məlumatı Ağ Ev yayıb.

Bildirilib ki, Bayden bu gün tibbi müayinədən (kolonoskopiya) keçəcək. Proses anestiziya üsulu ilə aparılacaq.

Belə olan təqdirdə ABŞ qanunvericiliyi dövlət başçısının səlahiyyətlərini vitse-prezidentə təhvil verməsini tələb edir.

Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Corc Buş üçün də 2002 və 2007-ci illərdə eyni prosedur tətbuiq olunub.


Baxış sayı: 69
  • 19-11-2021, 20:32