Qərbi Azərbaycan İcmasının (QAİ)Nizami Rayon Nümayəndəliyində Qərbi Azərbaycan İcmasının yaranmasının 2-ci il dönümünə və Cənab Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Missiya.Az xəbər verir ki, tədbirdə QAİ nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümumilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Nizami rayonu üzrə nümayəndəsi Xaqani Səfərov bildirib ki, Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yolunu, siyasi kursunu uğurla davam etdirir və Azərbaycanın hərtərəfli inkişafı üçün həmişə çalışır. Onu da vurğulayıb ki, Qərbi Azərbaycana dinc qayıdışı təmin etmək üçün dövlətimiz bütün mümkün imkanlardan istifadə edir.
Daha sonra video-roliklər təqdim olunub. Video-roliklərdə 24 dekabr 2022-ci ildə - Prezident İlham Əliyevin məhz öz doğum günündə binanın icmanın istifadəsinə verməsi, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü izlənilib və orada Dövlət başçısının söylədiyi nitq dinlənilib.
Tədbirdə digər ictimaiyyət nümayəndələri də fikirlərini bölüşərək qeyd ediblər ki, Qərbi azərbaycanlıların ləyaqətli, təhlükəsiz şəkildə öz ata-baba yurdlarına qayıdış hüququnun təmin edilməsi davamlı sülhün və ədalətin bərqərarı üçün zəruri amildir. Necə ki, ərazi bötüvlüyümüz bərpa olunduqdan sonra soydaşlarımız doğma torpaqlarına başı uca geri qayıtdılar, Qərbi Azərbaycanlıların da nisgili, həsrəti sona çatacaq.
Zərintac Mayisqızı
Missiya.Az