AZ   |   RU
Üz dərinizi belə təmizləyə bilərsiniz


Demək olar ki, hər bir xanımı üz dərisini təmizləmə üsulları maraqlandırır. Əlbəttə, elə vasitələrdən yararlanmaq lazımdır ki, dəri korlanmasın.


Araşdırmalara görə, gel, köpük, süd, krem, toz və yağ kimi yuyucu məhsulların bir çox formatı var. İstifadəsi ən asan və dərinizə ən uyğun olanı seçmək vacibdir. Fərqli formatlara baxmayaraq, sözügedən məhsulların tərkibində köpük əmələ gəlməsini təmin edən və dərini təmizləməyə kömək edən səthi aktiv maddələr mövcuddur. Ən aqressiv səthi aktiv maddələr sulfatlardır. Onlar dərini çox kobud şəkildə yağdan təmizləyir və müntəzəm istifadədə, lipid baryerini zədələyir. Nəticədə dehidrasiya, sıxlıq və qabıqlaşma ilə üzləşərsiniz. Təmizləməyin ən yumşaq üsulu isə fermentlərdir. Dəriyə zərər yetirmədən ölü dəri hüceyrələri arasındakı əlaqələri zərif şəkildə məhv edirlər. Məsələn, quş albasının fermentləri yuyulmaq üçün gel və köpüklərdə istifadə olunur. Onlar asan və maneəsiz köpük əmələ gəlməsini təmin edir. Əgər məhsul həm də nəmləndirici maddələrlə zənginləşdirilibsə, təmizləmə hətta ən həssas dərilər üçün də ideal olacaqdır.


Digər növ fermentlər papaya və ananasda olanlardır. Onlar adətən üz yuma formulalarında toz şəklində mövcuddur. Belə fermentlərin üstünlükləri tərkibinə su daxil olmamasıdır, onlar konservantların, qatılaşdırıcıların və digər köməkçi maddələrin qatılmasını tələb etmir. Toz təmizləyicilər tamamilə təbii ola bilər. Konsentratlı tərkibi sayəsində gel və köpüklərlə müqayisədə dərinin daha dərindən təmizlənməsini təmin edərək, yağlı və ya qarışıq dərilər üçün daha uyğundur.


Hidrofilik yağ isə, tez-tez istifadə edildikdə, dərini quruda bilər. Mütəxəssis onu suya davamlı makiyajı silmək üçün istifadə etməyi məsləhət görür. Yağın dəridən effektiv şəkildə yuyulmasını və hətta davamlı makiyajın öhdəsindən gəlməsi üçün onun tərkibində səthi aktiv maddələr var. Hər hansı bir məhsulla yuyulduqdan sonra dəri xırıldayırsa, bu o deməkdir ki, həmin vasitə dərini kifayət qədər intensiv şəkildə yağdan təmizləyir və müntəzəm istifadə ilə bu, sonradan susuzluğa səbəb ola bilər. Sözügedən zərif təmizləyici dəridə cızıltı və ya sıxlığa səbəb olmur.




Zərintac Mayisqızı
Missiya.Az



  • 11-12-2024, 15:51