Bakıda 8 Noyabr - Zəfər Gününə həsr edilən Zəfər yürüşü Hərbi Qənimətlər Parkında sona çatıb.“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla yekunlaşıb.
10:30Zəfər yürüşündə Vətən müharibəsi iştirakçıları və qazilər də iştirak edir.
Onlar da 44 günlük müharibənin zəfərini, qələbə sevincini xalqımızla birlikdə qeyd edirlər.
10:01Azərbaycan Ordusunun Qarabağda 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda təntənəli yürüş başlayıb.
Yürüş Azneft dairəsindən başlayıb.
İnsanlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə yol kənarında yürüşü izləyirlər.
Yürüş Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Hərbçilər yürüş boyu çiyinlərində 440 metr uzunluğunda üçrəngli bayrağımızı aparırlar.
09:42Bu gün Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçiriləcək.
Saat 10:00-da hərbi orkestrin müşayiəti ilə başlayacaq yürüş Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edəcək.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları isə Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparacaqlar. Yürüşü süvari dəstəsi müşayiət edəcək.