AZ   |   RU
Hikmət Hacıyev: "Rəsmi Bakı 3+3 formatı üzrə diplomatik təmasları davam etdirir"

"Azərbaycan 3+3 regional əməkdaşlıq formatının yaradılmasına dair tərəfdaşları ilə diplomatik vasitələrlə müzakirələri davam etdirir".

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, bu format regionda bundan sonrakı əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir: “Hazırda bununla bağlı diplomatik kanallarla təmaslar yürüdülür. Bütövlükdə, Azərbaycan bu prosesi dəstəkləyir. Həmin format əsasında müzakirələri davam etdirməklə regional əməkdaşlığın yeni platformunu yaratmağa hazırıq”.

  • 4-11-2021, 15:29