AZ   |   RU
Əl və ayaqlarımız niyə soyuq olur? - ARAŞDIRMA



Mövsümi dəyişikliklərlə əlaqədar havalar gün keçdikcə soyuyur. Havaların soyuması ilə əksər insanlarda əl və ayaqlar da buz kimi olur. Onlar ancaq üşüyürlər, belə havalara dözə bilmirlər. Çoxları buna əhəmiyyət vermir, ciddiyə almırlar. Lakin sözügedən amillər bir sıra problemlərdən xəbər verir.

Mütəxəssislər əl və ayaqların soyuq olmasını bu səbəblərlə izah edirlər:

1. Raynaud sindromu – soyuq barmaqlar həmin xəstəliyin əlaməti ola bilər. Əsasən əl barmaqlarında, burun və qulaqda qan dövranının pozulması ilə meydana çıxır;

2. Autoimmun pozğunluqlar – orqanizmin öz toxumalarına qarşı yaratdığı müdafiə funksiyasının yaratdığı bir xəstəlikdir. Bəzən immun sistemi orqanizmin normal komponentlərini "yad” hesab edərək onlara qarşı müdafiə sistemi – avtoantikor yaradır. Xəstəlik nəticəsində bədəndə iltihab yarana və bəzi funksiya pozulmalarına yol aça bilər;

3. Şəkərli diabet;

4. Qan azlığı (anemiya) – qanda olan qırmızı qan kürəciklərinin (eritrositlər) tərkibində oksigen daşınmasını və qan hüceyrələrinin qırmızı olmasını təmin edən hemoqlobin yerləşir. Nəfəs alarkən oksigen hemoqlobinə birləşərək hüceyrələrə ötürülür. Hemoqlobinin əskikliyi isə bundan əlavə halsızlıq, yorğunluq, iştahsızlıq kimi özünü büruzə verir;

5. B12 vitamininin əskikliyi - ət, yumurta, süd və digər ərzaq məhsullarında rast gəlinən bu vitamin qırmızı qan kürəciklərinin yaranmasında əhəmiyyətli rol oynayır. Sözügedən vitaminin çatışmazlığı əsasən qırmızı sümük iliyində qan hüceyrələrinin yaranması prosesinə mənfi təsir göstərir;

6. Stress və həyəcan və s.


Zərintac Mayisqızı
Missiya.Az





  • 28-10-2024, 14:51