AZ   |   RU
Günahsız körpələrin həyatı ilə oynayan cinayətkarlar gün işığı görməyəcək - Ərdoğan


"Maddi mənfəət təmin etmək məqsədilə, günahsız körpələrin hayatı ilə oynayan bu canilərin bir daha gün üzü görməməsi üçün Prezident olaraq mən də məsələni şəxsən izləməyə davam edəcəyəm". 

Missiya.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Genişləndirilmiş Vilayət Başçıları Yığıncağında "Yenidoğan Şəbəkəsi" ilə bağlı açıqlama verib.

Son günlərdə hər kəsi dərindən sarsıdan, üzən, kədərləndirən, insan olan kəslərin vicdanını qanadan dəstə əməliyyatının gündəmdə olduğunu xatırladan Ərdoğan, əməliyyatın ölkə gündəminə yeni gəlsə də, istintaqın başlama tarixinin 1,5 il əvvəl olduğunu qeyd edib. Məsul olanlar qətiyyətlə təqib edilir. Nəticədə Şəbəkə üzvləri haqqında edilən bir əməliyyatla həbs olunan 47 şübhəlidən 22-sinin istintaqı məhkəmə ölçüsündə davam edir.

Türkiyədə bir qrup yeni doğulan körpələri reanimasiya şöbəsinə keçirdərək, onları guya xəstə kimi göstərib, əslində isə qidalandırmadan saxlayıb canlarına qəsd ediblər. Bu cinayəti isə onlar həm ailələrindən, həm də dövlətdən sığorta pulu almaq üçün həyata keçiriblər.


Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 16:35