AZ   |   RU
Fətullah Gülənin ölümünə sevinən ticarətçidən maraqlı addım


Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ilk tanındığı Tarixi Kemeraltı bazarında dükançılardan biri əhaliyə xına paylayıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ticarətçi həmin addımı Fətullah Gülənin ölümü ilə əlaqələndirib. Dükan sahibi Gülənin ölümündən sonra xına yaxmaq istəyən hər kəsə bir kisə hədiyyə edə biləcəyini qeyd edib.

Xatırladaq ki, FETÖ lideri dünən dünyasını dəyişib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 15:33