AZ   |   RU
Türkiyədə kredit kartlarından 750 lirə tutulma təklifi 2025-ci ilə təxirə salınıb


Türkiyədə limiti 100 min lirə və yuxarı olan kredit kartlarından 750 lirəlik payın alınmasını nəzərdə tutan qanun layihəsi 2025-ci ilə təxirə salınıb.

Missiya.Az 
xəbər verir ki, bu tutulma müdafiə sənayesini dəstəkləmək məqsədi daşıyırdı.


Müdafiə Sənayesinə Dəstək Fonduna (SSDF) dəstək olmaq üçün 100 min lirə və daha yuxarı limiti olan kredit kartları üçün təklif edilən 750 lirə tutulma da daxil olmaqla yeni tənzimləmələri ehtiva edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında müzakirəyə çıxarılıb. AK Partiya Qrup sədri Abdullah Güler müdafiə sənayesi ilə bağlı kredit kartı tənzimləməsini də ehtiva edən qanun layihəsinin müzakirələrinin təxirə salındığını bildirib.


“Təklifi daha ətraflı müzakirə etmək üçün müzakirələri yekunlaşdırdıq”, - deyə Güler əlavə edib.


Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:27