AZ   |   RU
COP29-la bağlı dəyirmi masa keçirilib- FOTOLAR

 

Bu gün Sosial Tədqiqatlar Mərkəzi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Missiya.Az xəbər verir ki, dəyirmi masanın mövzusu “COP29- Yaşıl strategiya , iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” məsələsinə həsr edilib.

Dəyirmi masanı giriş nitqləri ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM)İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb.

STM rəhbəri Zahid Oruc “COP29: Qlobal İqlim böhranının həlli yönündə Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri”mövzusuna toxunaraq qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəbləri sırasında insan amili, başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı,birgə tədqiqatların təşkili böyük səmərə verə bilər.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosoiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixindən danışıb. XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş vermiş və beləliklə, ciddi ekoloji disbalans yaranması, ekoloji problemlərin daha da kəskinləşməsi fonunda ötən əsrdən etibarən sosial ekologiyanın yaranıb inkişaf etməsinə diqqət çəkib.

"COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru,deputat Pərvanə Vəliyeva-COP29,vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühitlə bağlı çıxışında bir sıra vacib məqamlara toxunub. Vətəndaş cəmiyyəti və icma təşkilatları COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynamasının önəmini vurğulayıb.

Sosial Tədqiqatlar Mərkəzi İH üzvü, prof. Tahirə Allahyarova, “İqlim geosiyasəti”- Azərbaycanın yaşıl keçidlə bağlı qlobal təşəbbüslərinə qarşı kampaniyanın pərdəarxası”mövzusuna toxunaraq, bəlli xarici mənbələrdən qaynaqlanan dezinformasiya hücumlarından bəhs edib.

Tədbir iştirakçıları İqlim dəyişikliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyay çatdırılması üçün Dövlət qurumlarının,Vətəndaş Cəmiyyətinin,elmi-tədqiqat ictimaiyyətinin sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağını, ölkəmizdə iqlim siyasıtinin,təbiətin qorunmasının,dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • Bu gün, 13:06