AZ   |   RU
“Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsi yekunlaşıb


“Azərbaycan Uşaqları” İctmai Birliyi (AUİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Uşaq Forum Teatrı” İncəsənət əsaslı öyrənmə” layihəsi bu ay yekunlaşıb. 



Missiya.Az xəbər verir ki, bu barədə AUİB-nin mətbuat katibi Rüfət Zəkizadə bildirib. 


Layihənin məqsədi incəsənət əsaslı öyrənmə metodu olan Forum Teatrın tətbiqi ilə əhalinin müxtəlif həssas qruplarıdan olan uşaq və yeniyetmələr arasında yaradıcı mühitin inkişaf etdirilməsi, bu öyrədici “alət”lərdən istifadə ilə sosial problemlərin həllinə dəstək olmaqdır. Layihə müddəti ərzində Bakıda və Neftçala rayonunda uşaq, yeniyetmə və gənclərdən ibarət qruplara Forum Teatr təlimlərinin təşkili, Uşaq Forum Teatr Festivalında nümayiş etdiriləcək tamaşanın məşqləri keçirildi və Uşaq Forum Teatr Festivalının təşkili oldu. Bundan əlavə Forum Teatr tamaşalarından ibarət peşəkar video çəkiliş və montaj, Bakıda və Neftçalada müxtəlif ümumitəhsil məktəbləri, kollec, peşə məktəbləri şagirdləri və universitetlərdəki tələbələr arasında təlimlərdə hazırlanan və Forum Teatr Festivalında nümayiş etdirilən və bir sıra sosial problemlərin özündə əksini tapan “Cehiz sandığı” sosial mesajlı Səyyar Forum Teatr tamaşalarının video formatda nümayişi göstərildi. Layihədən əldə edilən uğurlu nəticəsi incəsənət metodlarından effektiv istifadə ilə ictimaiyyətin diqqətini bir sıra sosial problemlərə, o cümlədən, məişət zorakılığı, təhsildən yayınma, erkən nikah və s. ilə bağlı stereotipləri aradan qaldırmağa birbaşa təsir etmək oldu. Eləcə də layihədə iştirak etmiş hər bir hədəf qrupu üzvü (yeniyetmə, müəllim, valideyn, icma üzvü və s.) cəmiyyəti narahat edən sosial problemlər və onların aradan qaldırılmasında Forum Teatr texnologiyasından istifadə səriştəsinə yiyələndilər və ya onunla tanış oldular.





  • 29-08-2024, 22:00