AZ   |   RU
“IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin MŞ üzvlərinin sayı artırılıb

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin tabeliyindəki “IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”nin yaradılması haqqında” 6 yanvar 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Missiya.Az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, Mərkəzin Müşahidə Şurasının (MŞ) üzvlərinin sayı 3-dən 5-ə çatdırılıb.


  • 5-10-2021, 15:33