AZ   |   RU
NATO sammitinin ikinci günündə dövlət və hökumət başçılarının iştirakı ilə xüsusi sessiya keçirilib

NATO-nun Vaşinqtonda keçirilən üçgünlük Zirvə toplantısının ikinci günündə dövlət və hökumət başçılarının iştirakı ilə xüsusi sessiya keçirilib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, sessiyanın açılışında çıxış edən NATO-nun Baş katibi Stoltenberq sammit çərçivəsində üzv ölkələrin müdafiə sənayesi məsələləri ilə bağlı əməkdaşlığın inkişafını müzakirə ediləcəyini deyib.


Stoltenberq bildirib ki, alyansın bu həftə imzalanacaq yeni sazişi müttəfiqlərin müdafiə sənayesi bazalarında mövcud istehsalı təkmilləşdirməsinə kömək edəcək. Həmin sənəd müdafiə məqsədlərinə daha çox vəsait ayırmağa razılıq verməklə yanaşı, müttəfiqlərin öz aralarında da əməkdaşlığını təşviq edəcək.


Sammitin ev sahibi ABŞ-nin Prezidenti Cozef Bayden üzv ölkələrin son 75 ildə NATO-nun qalxanı altında böyüdüyünü və inkişaf etdiyini bildirib. O, Rusiyanın Çin, Şimali Koreya və İranın dəstəyi ilə müdafiə istehsalını sürətlə artırdığını qeyd edib.


Qeyd edək ki, 32 üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə üzv ölkələrlə yanaşı Ukrayna, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri iştirak edir. Liderlər sessiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edəcək.



  • 10-07-2024, 23:58