AZ   |   RU
Saçlarınızın tez uzanmasını istəyirsinizsə…


Əksər xanımlar uzun saç xoşlayırlar. Təbii ki, bunula yanaşı saçlarının sağlam və parlaq olmasını da istəyirlər. Ona görə də müxtəlif baxım üsullarından istifadə edirlər. Çünki mükəmməl saçlara sahib olmaq xəyalındadırlar. Lakin düzgün qaydada qulluq göstərilməyəndə saçlar zəifləyir və tökülür. Ona görə də qadınların çoxu buna həssas yanaşır. Müxtəlif şampunlar və kremlər önəmli olduğu qədər saçları daxildən bəsləyən, lazımi vitaminləri təmin edən qidaların qəbulu da vacibdir.

Mütəxəssislərin tövsiyə etdiyi vitaminlər bunlardır:

A vitamini

A vitaminin saçların bəslənməsini təmin edər, kökünü gücləndirər. Tərkibində amin turşuları olan süd, pendir, yumurta sarısı və qaraciyər kimi qidalar sözügedən vitaminlə zəngindirlər. Ayrıca meyvə və tərəvəzlər - kartof, balqabaq, ispanaq, kök, ərik, portağal, şaftalı və qovundan A vitamini almaq mümkündür.

B vitamini

B2 vitamini, B6 və B12 və bütün bu sürətli saç böyüməsində açar vitaminlərdəndir Süd və süd məhsullarında yumurta sarısı, balıq kimi dəniz məhsullarından bolluca B vitamini əldə olunur.

E vitamini

E vitamini saçların parlaq, işıltılı olmasını təmin edən əhəmiyyətli vitaminlərdəndir. Başda taxıllar olmaq üzrə ispanaq, balqabaq, kələm, kahı kimi yaşıl tərəvəzlərdə, zeytun yağı, balıq yağı, fındıq, qoz, ton balığı, yumurta sarısı, pomidor və kartof saçlarınıza mükəmməl görünüş verəcək.

Zərintac Mayisqızı
Missiya.Az




  • 8-07-2024, 17:27