AZ   |   RU
Buzovnada qara maska taxaraq quldurluq edənlər saxlanılıb


İyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.


Missiya.Az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.




  • 26-06-2024, 13:33